İngiltərə Premyer Liqasında XVI turun görüşləri keçirilir.
Fanat.Az xəbər verir ki, turun mərkəzi görüşündə "Mançester Siti" "Mançester Yunayted"i qəbul edib. Mançester derbisində qonaqlar qələbə qazanıb - 2:1.
"Mançester Yunayted"in heyətində Markus Raşford (penalti) və Antoni Marsial fərqlənib. "Mançester Siti"nin təsəlli qoluna isə Nikolas Otamendi imza atıb.
Qeyd edək ki, turnir cədvəlinə 46 xalla "Liverpul" başçılıq edir. "Lester Siti" 35 xalla 2-ci, "Mançester Siti" 32 xalla 3-cü, "Çelsi" 29 xalla 4-cü, "Mançester Yunayted" 24 xalla 5-cidi.
Fanat.Az