Azərbaycanlı futbolçu Ayaz Quliyev Moskva "Spartak"ından ayrıla bilər.
Fanat.Az xəbər verir ki, bu barədə sport24.ru saytı məlumat yayıb. Bildirilir ki, Moskva klubu Ayaz Quliyev və gürcüstanlı yarımmüdafiəçi Cano Ananidzeni göndərmək üçün variantlar axtaracaq.
Qeyd edək ki, Ayaz Quliyev bu ilin yanvarında "Rostov"dan "Spartak"a keçib. O, cari mövsümdə 15 rəsmi oyuna çıxaraq 999 dəqiqə oynayıb. Ayaz Rusiyanın u-21 yığmasında çıxış edib. Hazırda 23 yaşlı yarımmüdafiəçinin Azərbaycanın əsas millisinə cəlb olunması gündəmdədi.
Fanat.Az