"Mançester Siti” yeni baş məşqçi axtarışına başlayıb.
Fanat.Az "The Mirror”a istinadən xəbər verir ki, klub rəhbərliyi baş məşqçi Pep Qvardiola ilə yollarını ayırmaq istəyir. Buna səbəb komandanın cari mövsümdəki nəticələrinin rəhbərliyi narazı salmasıdı.
"Mançester Siti” Premyer Liqanın ilk 16 turundan sonra 32 xalla 3-cü pillədə qərarlaşıb və lider "Liverpul”dan 14 xal geri qalır. Əvəzində "şəhərlilər” Çempionlar Liqasında 1/8 finala vəsiqəni təmin ediblər.
Qeyd edək ki, Qvardiola 2016/17 mövsümündən "Mançester Siti”ni çalışdırır. Komanda onun dönəmində 2 dəfə Premyer Liqanın, 2 dəfə Liqa Kubokunun, 1 dəfə İngiltərə Kubokunun, 2 dəfə ölkə Super Kubokunu qalibi olub. Kataloniyalı mütəxəssisin klubla 2021-ci ilin iyununa qədər müqaviləsi var.
Fanat.Az