Stiven Nzonzi "Qalatasaray"ın əsas heyətindən kənarlaşdırılıb.
Fanat.Az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi "Twitter" səhifəsi məlumat yayıb.
Buna 30 yaşlı fransalı yarımmüdafiəçinin məşqdə intizamsızlıq etməsi səbəb olub. Onun konkret hansı hərəkətinə görə cəzalandığı açıqlanmayıb.
Qeyd edək ki, Stiven Nzonzi müqavilə ilə İtaliyanın "Roma" klubuna məxsusdu və "Qalatasaray"da icarə əsasında çıxış edir. İllik 3.2 milyon avro maaş alan futbolçu bu mövsüm oynadığı 15 matçda bir möhsuldar ötürmə edib. O, 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatında qızıl medal qazanıb.
Fanat.Az