"Milan” sabiq futbolçusu Zlatan İbrahimoviçlə danışıqlar aparır.
Fanat.Az "Football Italia”ya istinadən xəbər verir ki, bu barədə klubun idman direktoru Paolo Maldini açıqlama verib. O, 38 yaşlı isveçli hücumçunun mövqeyinə başqa namizədləri də gözdən keçirdiklərini vurğulayıb.
Qeyd edək ki, ABŞ təmsilçisi "Los Anceles Qalaksi”dən ayrılan İbrahimoviç karyerası ərzində vətənində "Malmö”, Niderlandda "Ayaks”, İtaliyada "Yuventus”, "İnter”, "Milan”, İspaniyada "Barselona”, Fransada PSJ və İngiltərədə "Mançester Yunayted”də formasını geyinib.
Fanat.Az