Azərbaycan milli komandasının üzvü Eddi İsrafilov İspaniyada 2 oyunluq cəzalanıb.
Fanat.Az xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının İntizam Komitəsi qərar qəbul edib.
"Albasete”də çıxış edən 27 yaşlı yarımmüdafiəçinin cəzalanmasına səbəb İspaniya Sequndas?n?n XX turunda "Rayo Valyekano” ilə matçın 45+4-cü dəqiqəsində rəqib futbolçunu vuraraq birbaşa qırmızı vərəqə alması olub.
Qeyd edək ki, "Rayo Valyekano” - "Albasete” görüşü yarımçıq dayandırılıb. Buna qonaq komandanın futbolçusu Roman Zozulyanın azarkeşlərin təhqirlərinə məruz qalması səbəb olub.
İlk yarının gedişində meydan sahiblərinin azarkeşləri ukraynalı hücumçunun ünvanına təhqiramiz ifadələr səsləndirməyə başlayıblar. Onlar "Zozulya, sən nasistsən" deyə qışqırıblar. İnsident üzündən referi matçı bir neçə dəqiqəlik dayandırıb. Stadionda elan olunub ki, şüarlar dayandırlmasa, oyun dayandırılacaq. Fasilədən sonra isə "Albasete” futbolçuları komanda yoldaşlarına dəstək əlaməti olaraq, ikinci hissəyə çıxmayıblar. Belə qərarı klub rəhbərliyi qəbul edib.
Fanat.Az