"Liverpul” ilk transferini rəsmən açıqlayıb.
Fanat.Az xəbər verir ki, Premyer Liqa təmsilçisi Avstriyanın "Zalsburq” klubundan hücumçu Takumi Minaminonu heyətinə qatıb. Bu barədə klubun saytı məlumat yayıb.
24 yaşlı yaponiyalı qış "transfer pəncərəsi”nin ilk günündən - yanvarın 1-dən "mersisaydlılar”ın formasını geyinə biləcək. Yeni komandasında 18 nömrəli formanı geyinəcək asiyalı ilə müqavilənin detalları rəsmən açıqlanmır. Lakin transferin 8,5 milyon avroya başa gəldiyi iddia olunur.
Qeyd edək ki, Minamino 2015-ci ilin yanvarında "Sereso Osaki”dən "Zalsburq”a cəmi 800 min avroya keçib. O, cari mövsümdə Avstriya klubunun heyətində 22 oyuna çıxaraq 9 qol vurub və 11 məhsuldar ötürmə edib.
Fanat.Az