"Barselona" Lionel Messinin müqaviləsini uzatmaq istəyir.
Fanat.Az "El Mundo Deportivo"ya istinadən xəbər verir ki, klub 32 yaşlı hücumçunun təmsilçisi olan atası ilə danışıqlar başlamağa hazırlaşır.
Messinin hazırkı müqaviləsi 2021-ci ilin iyulunda başa çatır. Kataloniya təmsilçisi yeni müqavilənin 2023-cü ilədək imzalanmasını istəyir.
Qeyd edək ki, argentinalı forvard bu mövsüm "Barselona"nın heyətində bütün yarışlarda 17 oyun keçirib, 14 qol vurub və 9 məhsuldar ötürmə edib.
Fanat.Az