UEFA Qazaxıstanın "Ordabasi" klubunu 2020/21 və 2021/22 mövsümündə avrokuboklarda iştirakdan məhrum edib.
Fanat.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna klubun maliyyə "fair-play" qaydalarına əməl etməməsi səbəb olub. Klub eyni zamanda 100 min avro cərimələnib.
"Ordabasi" 2020-ci il yanvarın 30-dək 30 sentyabr tarixinə qədər olan borcları ödədiyini sübut edə bilsə, cəzadan xilas olacaq. Qazaxıstan təmsilçisi həmçinin 100 min avro məbləğində cərimələnib.
UEFA həmçinin Sloveniyanın "Olimpiya" (Lyublyana) və Serbiyanın "Srvena Zvezda" klublarına eyni səbəbdən müvafiq olaraq 75 və 50 min avro məbləğində cəza kəsib.
Qeyd edək ki, "Ordabası"nın baş məşqçisi 2009-2015-ci illərdə "İnter"i (hazırkı "Keşlə) çalışdırmış Kaxaber Tsxadadzedi.
Fanat.Az