Kamal Mirzəyevin çıxış etdiyi Küveytin "Əl-Salmiyə" klubun növbəti oyununu keçirib.
Fanat.Az xəvər verir ki, azərbaycanlı futbolçunun komandası "Prince Cup"ın ilk mərhləsində "Əl-Cəhrə" ilə qarşılaşıb.
Oyunun əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Əlavə vaxtda isə hesab dəyişmədiyindən qalib penalti seriyasında müəyyənləşib. "Əl-Salmiyə" 11 metrlik cərimə zərbələrində rəqibinə uduzaraq mübarizəni dayandırıb.
Matçın 60-cı dəqiqəsində oyuna daxil olan Kamal Mirzəyev 72-ci dəqiqədə komandasının bərabərlik qolunu vurub. Bu, Kamalın Küveyt klubunda vurduğu 2-ci qoldu.
Kamal Mirzəyevin qoluna 6-cı dəqiqədən baxa bilərsiniz.
Fanat.Az