Türkiyənin Super Liqa təmsilçisi "Alanyaspor"un gənclər komandasının üzvü Muhammed Mustafa Yıldırım Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasına dəvət alıb.
Fanat.Az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilir ki, 2002-ci ilin 7 mayında dünyaya gələn forvard millinin yanvarın 18-də start götürəcək Antalya toplanışına çağırılıb. Hazırlıq prosesi yanvarın 28-də yekunlaşacaq.
Qeyd edək ki, Muhammed Mustafa Yıldırım cari mövsümdə Türkiyənin U-19 liqasında 14 oyuna çıxaraq bir qol vurub.
Fanat.Az