"Monako"nun futbolçusu Vissam Ben Yedder maraqlı addım atıb.
Fanat.Az xəbər verir ki, fransalı hücumçu yanacaqdoldurma məntəqəsində olarkən klubun azarkeşinin benzin pulunu ödəyib.
Belə ki, "Monako"nun bir fanatı avtomobilinə benzin doldurduqdan sonra ödəniş əməliyyatını həyata keçirərkən bank kartı ilə problem yaşayıb. Bu zaman Ben Yedder azarkeşin köməyinə çatıb və onun borcunu ödəməklə yanaşı, şəkil də çəkdirib.
Fanat.Az