Türkiyə Futbol Federasiyası iki ölkədən dəvət alıb. Azerisport.az xəbər verir ki, İsveçrə və Makedoniya Türkiyə Super Kubokuna ev sahibliyi etmək istədiyini açıqlayıb.
TFF “Galatasaray”la “Fenerbahçe” arasında avqustun 11-də oynanılacaq matç üçün aldığı təkliflərə görə hər iki ölkəyə təşəkkür edib və təkliflərin dəyərləndiriləcəyini açıqlayıb.
Qeyd edək ki, TFF bu oyunu Bakıda keçirmək istəyirdi. Lakin AFFA vaxt azlığını bəhanə edərək təklifdən imtina etdi.
İdman24.az