"Başiktaş"a yeni baş məşqçisi təyin olunub.
Fanat.Az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilir ki, İstanbul klubunu bundan sonra Sergen Yalçın çalışdıracaq. O, bu postda bir neçə gün əvvəl istefaya göndərilən Abdullah Avcını əvəzləyəcək. Təyinatın tezliklə rəsmən açıqlanacağı deyilir.
Qeyd edək ki, Sergen Yalçın 1991-1997 və 2002-2006-cı illərdə "Beşiktaş"da çıxış edib. Məşqçi kimi 2009-2010-cu illərdə "Beşiktaş"ın U-21 komandasına başçılıq edən 47 yaşlı mütəxəssis daha sonra "Qaziantepspor" "Sivasspor", "Kayserispor", "Eskişəhərspor", "Konyaspor", "Antalyaspor" və "Yeni Malatyaspor" klublarına başçılıq edib. O, sonuncu klubdan bu ilin 15 yanvarında istefa verib.
Fanat.Az