Azərbaycan millisinin üzvü Renat Dadaşov formasını geyindiyi "Vulverhempton"un U-23 komandası növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, komanda Beynəlxalq Premyer Liqa Kubokunun qrup mərhələsinin son turunda "Liverpul"un U-23 kollektivi ilə qarşılaşıb. Oyun 2:2 hesabı ilə yekunlaşıb.
Renat Dadaşov meydana start heyətdə çıxıb və sonadək oynayıb. Futbolçumuz 49-cu dəqiqədə komandasının 2-ci qolunu vurub.
Qeyd edək ki, "Vulverhempton" qrupda sonuncu olub. İlk pilləni "Liverpul", ikinci yeri PSJ tutub. "Atketik" isə 3-cü olub.
Fanat.Az