"Qalatasaray" Emre Morla yollarını ayırıb.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı futbolçu karyerasını Yunanıstanda davam etdirəcək. Türk yarımmüdafiəçi mövsümün sonuna qədər icarə əsasında "Olimpiakos" klubunda çıxış edəcək.
Bu keçid Afina təmsilçisinə 410 min avroya başa gəlib. Gənc futbolçunun mövsümün qalan hissəsi üçün olan maaşı - 290 min avro isə "Qalatasaray" klubu tərəfindən ödəniləcək.
Qeyd edək ki, müqavilə ilə İspaniyanın "Selta" klubuna məxsus olan Emre Mor cari mövsüm "Qalatasaray"ın heyətində 12 oyunda meydana çıxıb.
Fanat.Az