Qış transfer dönəmində "Qarabağ"a keçidi son anda baş tutmayan "Fənərbaxça"nın yarımmüdafiəçisi Alper Potuk Türkiyədə diqqət mərkəzinə düşüb.
Fanat.Az xəbər verir ki, Istanbul klubu tərəfindən çempionatın iştirak ərizəsinə salınmayan futbolçu gününü əylənməklə keçirir.
Yaşıl meydanlardan uzaq qalan Alper eşq həyatına "yelkən açıb". Aktrisa Tuvana Türkaydan ayrılan orta sahə oyunçusu gecə klubundan çıxarkən paparazzilərin obyektivinə tuş gəlib.
Yeni sevgilisi ilə yaxalanan Alper jurnalistləri görüncə şoka düşüb və "xanımı tanımıram" deyərək, evinə yollanıb. Bir neçə dəqiqə əvvəl onunla əl-ələ olan gözəl sevgilisi isə marketə qaçmaqla canını qurtarıb.
Alper Potuk Türkiyənin gecə klublarında ən çox vaxt keçirən futbolçularından biri kimi tanınır.
Fanat.Az