Braziliyalı model Nadcila Trindade Neymarı məhkəməyə verməyə hazırlaşır.
Fanat.Az xəbər verir ki, ötən il futbolçunu onu zorlamaqda ittiham edən Trindade PSJ-nin hücumçusuna qarşı yeni hüquqi iddia hazırlayır.
Modelin vəkili Kosmi do Santos bildirib ki, Neymarı VİP-fahişə şəbəkəsi cinayətinə bağlılıqda şübhəli bilirlər. Belə bir ittiham irəli sürülüb ki, futbolçu Braziliyadan Fransaya seksual məqsədlərlə qadınlar gətirir. Neymarın vəkilləri bu iddialara cavab verməyiblər.
Qeyd edək ki, Trindade Mendes de Souza adlı modelin iddiasından sonra Neymara cinayət işi açılmışdı. Braziliyalı model hadisənin 2019-cu ilin mayın 15-də Parisdəki otellərdən birində baş verdiyini deyib. O, bildirib ki, həmin gün oteldə təşkil edilən bir tədbirə Neymarla birlikdə qatılıb. Nadcila qeyd edib ki, hələ səfərdən öncə Neymarla birlikdə olmaq niyyətində olub. Lakin futbolçunun kobud davranışından şikayət edib: "Maliyyə problemlərinə görə, səfər və oteldə qalma xərclərimi Neymar ödədi. Lakin daha sonra onun fərqli insan olduğunu gördüm. Otaqda qoruyucusuz cinsi əlaqə qurmağımızı istədi. Ardından sərt şəkildə ayaqlarıma vurmağa başladı. Onun təcavüzünün qurbanı oldum. Neymarla heç vaxt sevgili olmaq barədə düşünməmişəm. Bəli, yeganə gözləntim cinsi əlaqə idi".
Onu da qeyd edək ki, Neymar və Nadcilanın oteldə mübahisə etdiyi görüntülər də yayılmışdı. Futbolçu isə modelin ondan pul almağa çalışdığını demişdi.
Fanat.Az