"Barselona"nın futbolçusu Filippe Koutinyo gələcəyi ilə bağlı qərar verib.
Fanat.Az xəbər verir ki, icarə əsasında "Bavariya"da çıxış edən braziliyalı yarımmüdafiəçi gələn mövsümü də Münhen klubunda keçirmək istəyir. BU barədə məlumatı "El Mundo Deportivo" qəzeti yayıb.
Qeyd edək ki, Koutinyo "Bavariya"ya ötən yay keçib. Onun Bundesliqa təmsilçisi ilə icarə müqaviləsi cari mövsümün sonuna qədərdi. Müqaviləyə əsasən alman klubu yayda "Barselona"ya 120 milyon avro təzminat ödəyib, onu birdəfəlik transfer edə bilər. Bu mövsüm Bundesliqada 19 oyunda meydana çıxan Koutinyo 6 qol vurub, eyni sayda məhsuldar ötürmə edib.
Fanat.Az