Bildiyiniz kimi, "Səbail”lə yollarını ayıran Elvin Yunuszadə karyerasını Bosniya və Herseqovinanın "Çelik” klubunda davam etdirəcək.
Fanat.Az xəbər verir ki, klubun baş məşqçisi Ümit Özat azərbaycanlı futbolçu haqda mətbuata danışıb:
Türkiyəli mütəxəssis bildirib ki, "İnşallah, faydalana biləcəyimiz bütün futbolçuları alacağıq. Elvin Çempionlar Liqasında bir neçə oyun keçirib. Ondan faydalanacağıq”.
Qeyd edək ki, Elvin Yunuszadə mövsümün sonuna qədər "Çelik”in uğurları üçün tər tökəcək.
Fanat.Az