İran Kubokunda 1/4 final mərhələsinin oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, "Traktor” bu gün öz meydanında "Mis Kerman”la qarşılaşıb. Təbriz klubu 4:1 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.
Cənubi Azərbaycan klubunun qollarına Məhəmməd Xanzadə (32-ci dəqiqə), Aşxan Deyagah (42), Reza Əsədi (44) və Səid Mehri (77) imza atıb.
Fanat.Az