"Dima ilə tanış olana qədər futbolçuları ağıllı adam hesab etmirdim".
Fanat.Az xəbər verir ki, bu sözləri Rusiya yığmasının və "Rubin"in futbolçusu Dmitri Tarasovun həyat yoldaşı Anastasiya Kostenko deyib.
Gənc model Tarasovla tanış olduqdan sonra fikrini dəyişdiyini bildirib: "O, mənə çox tez bunun əksini sübut etdi. Onu tanıdıqdan sonra bu barədə düşüncələrim dəyişdi".
Qeyd edək ki, cütlük 2018-ci ilin yanvarında evlənib.