Riçard Almeydanın çıxış etdiyi Birləşmiş Ərəb Əmirliklərinin "Baniyas" klubu "Prezident Kuboku"nun 1/4 final mərhələsinin oyununu keçirib.
Fanat.Az xəbər verir ki, millimizin üzvünün komandası "Şabab Əl-Əhli" ilə qarşılaşıb. Oyun "Baniyas"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın yeganə qoluna 45+2-ci dəqiqədə penaltidən Riçard Almeyda imza atıb. Bununla da o, yeni klubunda qol hesabını açıb.
"Baniyas" bu qələbə sayəsində yarımfinala yüksəlib.
Fanat.Az