"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov karyerasını uzun illərdir, Ağdam təmsilçisində davam etdirən Rəşad Sadıqovun millinin baş məşqçi postuna namizədliyindən danışıb.
Fanat.Az xəbər verir ki, "Sumqayıt” üzərində bu gün reallaşan Premyer Liqa qələbəsindən (1:0) sonra Qurbanov ənənəvi mətbuat konfransına qatılıb. O, təcrübəli müdafiəçinin adının yığmayla yanaşı çəkilməsiylə bağlı suala belə cavab verib:
"Bu barədə hər şey yazılıb. Təkliflərdən biridir. İctimaiyyət belə bir rəy bildirib. Bu da elə-belə deyil. Onun futbolda qoyduğu iz, ona olan hörmət, inamdan belə rəy formalaşıb. Gənc məşqçilərimizə inam böyükdür”.
Fanat.Az