"Oyunun gərgin və maraqlı olacağını gözləyirdim. Hər iki komandanın ifasında sürətli futbolun şahidi olduq".
Fanat.Az xəbər verir ki, bu sözləri "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov səfərdə "Sumqayıt"la 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XIX tur matçından sonra deyib.
49 yaşlı mütəxəssis oyunla bağlı fikirlərini bildirib: Baxımlı qollar vuruldu. Qalib gəlsək də, uduza da bilərdik. Amma nəticə ədalətlidi. Komandamızın məğlub durumda olmasına baxmayaraq, bərabərliyə nail olması bizi sevindirir. Mübarizəni səbrlə davam etdiririk. Nəticəsini sonda görəcəyik".
Əhmədov bildirib ki, Con Kamaranın erkən zədələnməsinə baxmayaraq, digər futbolçuları etimadı doğruldur: "Kamaranın olmaması bizim üçün böyük itkidi. Orta xətdə bütün "qara işlər"i görür. Düşünmürəm ki, zədəsi ciddidir. İnanıram ki, qarşıdakı turlarda bizə kömək edə biləcək".
Fanat.Az