İngiltərə Premyer Liqasında XXVIII turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, turun sürpris nəticəsi Uotfordda qeydə alınıb. Şəhətin eyniadlı komandası lider "Liverpul”la qarşılaşıb. Mersisaydlılar gözlənilmədən səfərdə autsayderə 3 cavabsız qolla uduzub.
Mövsümdə ilk məğlubiyyətini alan Yurgen Kloppun komandası Premyer Liqada 44 oyun idi ki, uduzmurdu.
Bu nətcidən sonra xalını 27-ə çatdıran "Uotford" 19-cu pillədən 17-ci yerə yüksəlib. "Liverpul" isə 79 xalla ilk pillədədir.
Fanat.Az