İngiltərə Futbol Federasiyası (İFF) bu gün "Trabzonspor"dan ayrılan Daniel Starici növbəti dəfə cəzalandırıb.
Fanat.Az xəbər verir ki, buna səbəb futbolçunun mərc qaydalarını pozmasıdı.
30 yaşlı hücumçu 2018-ci ilin yanvarında mümkün transferi ilə bağlı qardaşı Leona məlumat verib. O, qardaşına "Sevilya"ya gedəcəyi ilə bağlı mərc şirkətində pul qoymasını istəyib.
Baş verənlərə görə qurum ötən ilin yayında Starici 4-ü şərti olmaqla, 6 həftəlik futboldan uzaqlaşdırmışdı.
Qurumun apellyasiya komitəsi qərara yenidən baxıb və iki qayda pozuntusunu sübut edərək cəzanı sərtləşdirib. Yeni qərara əsasən, Staric 17 yanvar 2020-ci il tarixinədək futboldan kənarda qalmalı olacaq. Daniel eyni zamanda, 150 min funt sterlinq cərimə də ödəyəcək.
Fanat.Az