Ersun Yanalla yollarını ayıran "Fənərbağça"nın yeni baş məşqçisi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, bu barədə "Bəyaz TV"nin şərhçisi Ümit Karan açıqlama verib.
Onun sözlərinə görə, İstanbul klubu Niko Kovaçla anlaşıb. Rəsmi açıqlamanın tezliklə veriləcəyi gözlənilir.
Qeyd edək ki, Niko Kovaç məşqçi karyerası ərzində Xorvatiyanın U-21 və əsas millilərini, Almaniyanın "Ayntraxt" (Frankfurt) və "Bavariya" klublarını çalışdırıb. "Ayntraxt"la Almaniya Kubokunu qazanan 48 yaşlı mütəxəssis "Bavariya" ilə ölkə çempionluğuna, kubokuna və Super Kubokuna sahbi çıxıb.
Fanat.Az