Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Yuventus" - "Lion" matçı koronavirus infeksiyası səbəbindən bağlı qapılar arxasında oynanıla bilər.
Fanat.Az xəbər verir ki, UEFA İtaliyadakı vəziyyəti yaxından izləyir. "L’Equipe" hazırda oyunun azarkeşlərsiz keçirilmə ehtimalının yüksək olduğunu yazıb.
"Yuventus" - "Lion" görüşü 17 martda oynanılmalıdı. Tərəflər arasındakı ilk qarşılaşmadan Fransa təmsilçisi 1:0 hesabı ilə qalib ayrılıb.
Fanat.Az