"Yuventus"un hücumçusu Kriştianu Ronaldu təcili olaraq Portuqaliyaya yola düşüb.
Fanat.Az xəbər verir ki, Ronaldu anası Doloreşin insult keçirməsi ilə əlaqədar olaraq Madeyraya yollanmaq qərarına gəlib. Martın 4-də "Yuventus" İtaliya Kubokunun yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində "Milan"la qarşılaşmalıdı. Buna baxmayaraq, portuqaliyalı futbolçu İtaliyanı tərk edib.
TV1-in məlumatına görə, Ronaldu Bakı vaxtı ilə saat 20:00-da Madeyraya çatacaq. Qeyd edək ki, Doloreş hazırda həkim nəzarəti alında müalicə alır.
Fanat.Az