Bu gün AFFA-da növbəti dəfə dava düşüb.
Fanat.Az xəbər verir ki, hakimlərin bugünkü iclası qalmaqalla yadda qalıb. Dava səbəbindən iclası yekunlaşdırmaq mümkün olmayıb.
Hakimlər arasında Fritz Ştuxlikdən narazılıq pik həddə çatıb. Təcrübəli referiləri sıxma-boğmaya salan avstriyalı sədr gənclərin səhvlərinə göz yumur. Onun bu laqeydliyi isə Azərbaycan futbolunda əsl anarxiyanın yaranmasına səbəb olub.
Toplantıda da həmin narazılıqlar birbaşa Ştuxlikin üzünə söylənilib, ondan bu davranışlarının izahatı tələb edilib. AFFA rəhbərliyi də avstriyalının davranışlarından təngə gəldiyindən onun müdafiəsinə heç kim qalxmayıb. Ştuxlik Qəbələdə və Bakıda özünə eyş-işrət məclisləri qurur, işinə ciddi yanaşmır. Elə bunun da nəticəsidi ki, Premyer Liqanın son turlarında hakim səhvlərinin sayı-hesabı yoxdu.
Yüksəködənişli əcnəbi sədr Azərbaycan hakimliyini uçuruma aparır. Artıq Elxan Məmmədov da səhvini anlayıb, buraxdığı səhvi düzəltmək üçün çarə axtarır.
Mənbə: Sport7.az