Sabiq FIFA referisi Tahir Süleymanov UEFA Millətlər Liqasının püşkünü dəyərləndirib.
Fanat.Az-a açıqlama verən sabiq referi rəqiblərin komandamız üçün münasib olduğunu bildirib:
"Millətlər Liqasının püşkü atıldı və Azərbaycan millisi çox münasib qrupda yer alacaq. Ölkəmiz mütləq qrup liderliyi uğrunda mübarizə aparmalıdır. Rəqiblər arasında Yunanıstan, Sloveniya, Belarus kimi millilər, elə ötən mövsüm kabusa çevrilmiş Kosovo kimi koandalar da yer ala bilərdi.
Lüksemburq öz yerində, Cənubi Kipr, Monteneqronu da böyütməyə ehtiyac yoxdur. Hər iki milli ilə başa-baş oynamaq mümkündür. Heyətlərindən asılı olmayaraq buna inanmaq və ciddi hazırlaşmaq lazımdır.
Ötən dəfə olduğu kimi futbol ictimaiyyətində rəqiblər aşırı böyüdülməməlidir. Cənubi Kiprdə APOEL - "Neftçi" oyunu xatirələrdədir. Onda da heç kim inanmırdı, amma tarix yazıldı. İndi də eyni istək, özünəinamla səfərlərə çıxmaq, qələbələr qazanmaq lazımdır. Evdə isə turnir vəziyyətinə uyğun minimum 7 xalın toplanılması mütləqdir".
Fanat.Az