AFFA-nın Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri Fritz Ştuxlikin müqaviləsinin müddəti başa çatmamış postundan uzaqlaşdırılacağını yazmışqdıq.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, avstriyalı sabiq referi ilə futbol qurumu arasında imzalanan sözləşmənin müddəti bu ilin dekabrında bitir.
Hərçənd əcnəbiyə ayda digər xərclərdən əlavə, 20 min avro maaş verən assosiasiya məmurları bu "izdivac”dan məmnun deyil. Avropalıyla iş birliyindən gözlədiyinin yarısını da ala bilməyən AFFA mövsümün sonunda müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilməsinin yollarını arayır. Yüksək əməkhaqqı qarşılığında çalışan əcnəbi sədrə böyük təzminat ödəməmək üçün.
Fanat.Az