"Barselona"nın futbolçuları artıq komandanın baş məşqçisi Kike Setyenə güvənmir.
Fanat.Az AS nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin bəzi oyunçuları 61 yaşlı mütəxəssisin klubun səviyyəsinə uyğun olmadığını düşünür. Bildirilir ki, La Liqanın 21-ci turunda "Valensiya"dan alınan yenilgi məşqçiyə olan inamı azaldıb. Narazılıq 26-cı turda "Real"la oyundan (0:2) sonra daha yüksək həddə çatıb. Futbolçular eyni zamanda 69-cu dəqiqədə Arturo Vidalın əvəzlənməsindən narazı qalıb. Oyunçular çilili yarımmüdafiəçinin oyundan alınmasının yekun nəticəyə təsir etdiyinə əmindi.
Fanat.Az