İngiltərə Federasiya Kubokunda 1/8 final mərhələsinin görüşləri keçirilib.
Fanat.Az xəbər verir ki, "Tottenhem" "Norviç"lə qarşılaşıb. Hesab 13-cü dəqiqədə açılıb. Yan Vertongen London klubunu önə keçirib. Lakin "Spörs" qələbə hesabını qoruya bilməyib. Yosip Drmiç 78-ci dəqiqədə matça tarazlıq gətirib. Oyunun əsas və əlavə vaxtında başqa qol olmadığından penaltilər seriyasına ehtiyac yaranıb. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən "Norviç" 1/4 finala yüksəlib.
"Mançester Siti" səfərdə "Şeffild Uensdey"lə üz-üzə gəlib. Görüşün taleyini bir qol həll edib. "Şəhərlilər" Serxio Aqueronun 53-cü dəqiqədə vurduğu qol sayəsində adlarını son 8 komanda sırasına yazdırıb.
İngiltərə Federasiya Kuboku
1/8 final
"Tottenhem" - "Norviç" - 1:1
Qollar: Vertongen (13) - Drmiç (78)
Penaltilər seriyası - 2:3
"Şeffild Uensdey" - "Mançester Siti" - 0:1
Qol: Aquero (53)
Fanat.Az