PSJ rəhbərliyi klubun "bir nömrə"sini müəyyənləşdirməyə çalışır.
Fanat.Az xəbər verir ki, PSJ-nin prioritet hədəfi Kilian Mbappeni komandada saxlamaqdı. Paris təmsilçisi onu klubun əsas siması və lideri qismində görür. Fransız futbolçu istisna, istənilən oyunçu transferə çıxarıla bilər. Bura Neymar da daxildi.
İspaniyanın "As" nəşrinin məlumatına görə, PSJ Mbappeni razı salmaq üçün ona istədiyi məvacibi təklif etməyə hazırdı. Məbləğin Lionel Messinin "Barselona"dakı maaşından belə yüksək olacağı gözlənilir.
Mbappenin PSJ ilə olan müqaviləsi 2022-ci ilin yayında başa çatır. 21 yaşlı forvardın adı Madrid "Real"ı ilə birlikdə hallanır.
Fanat.Az