Azərbaycan millisini çalışdırmağa əsas namizədlərdən biri - italiyalı çalışdırıcı Canni De Byazi ölkəsinin mətbuatına açıqlama verib.
Fanat.Az-ın məlumatına görə, mütəxəssis AFFA ilə apardığı danışıqların nöqtələnməsini gözlədiyinə eyham edib: "Bir neçə klubla danışıq aparsam da, razılaşmadıq. İndi Avropada oynayan milli ilə bağlı sualların həllini tapacağı zamanı gözləyirəm. Ümid edirəm ki, bir neçə günə məsələ nöqtələnəcək”.
Qeyd edək ki, yığmanın yeni baş məşqçisinin kimliyi AFFA İcraiyyə Komitəsinin növbəti iclasında müəyyənləşəcək. Son dəfə yanvarın 28-də bir araya gələn İK-nın 2020-ci ildəki ikinci yığıncağının öncə martın ilk həftəsində baş tutacağı bildirilsə də, artıq topkantının vaxtı Novruz bayramı ərəfəsinə "sürüşdürülüb”. Dəqiq tarix isə hələ də bəlli deyil.
Fanat.Az