"İnter"in mərkəz müdafiəçisi Milan Şkrinyar karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, "Mançester Siti" yay "transfer pəncərəsi"ndə Şkrinyarı heyətinə qatmaq niyyətindədi. "Calciomercato"nun məlumatına görə, "İnter"in prioriteti slovakiyalı futbolçunu komandada saxlamaqdı. Bununla belə, minimum 85 milyon avro təklif gələcəyi təqdirdə "neradzurrilər" transferə razılıq verə bilər. "Şəhərlilər"in bu məbləği ödəməyə hazır olduğu bildirilir.
Milan Şkrinyarın adı uzun müddətdi Premyer Liqa nəhənglərinin transfer siyahısındadı. Daha əvvəl "İnter" 25 yaşlı oyunçuya görə 65 milyon avroluq təklifi rədd etmişdi.
Fanat.Az