Saxta sənəddən istifadədə ittiham olunan Ronaldinyo sərbəst buraxılıb.
Fanat.Az xəbər verir ki, Ronaldinyo 8 saat sorğu-sual olunub. O və qardaşı Roberto Paraqvaya daxil olarkən saxta pasportdan istifadə etdiklərini təsdiqləyiblər. Braziliyalı futbolçu qaldığı otelə qayıdıb.
Qeyd edək ki, Ronaldinyo 2018-ci ildə aldığı ekoloji cəriməyə görə Braziliya pasportundan məhrum edilib. Dünya futbolunun əfsanəsi və qardaşı 2015-ci ildə lisenziyasız şəkildə daimi mühafizə bölgəsi olan Quayba gölü ətrafında balıq ovu ilə məşğul olduqlarına görə cərimələnmişdilər.
Fanat.Az