İsrail yığmasının baş məşqçisi Andreas Hertsoq problemlə üzləşib.
Fanat.Az xəbər verir ki, Hertsoq İsrail Səhiyyə Nazirliyinin koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində 14 gün karantində saxlanılacaq. 51 yaşlı çalışdırıcı UEFA Millətlər Liqasının püşkatma mərasimində iştirak etmək üçün Niderlandın paytaxtı Amsterdama yollanıb. İsrailin baş naziri Binyamin Netanyahunun qərarına əsasən, koronavirusun geniş yayıldığı ərazilərə səfər edən insanlar İsrail sərhədində 14 gün karantində saxlanılmalıdılar. Bu qayda Hertsoqa da aiddi. O, mart ayının 9-da İsrailə yola düşəcək.
Qeyd edək ki, karantin müddəti bitəndən üç gün sonra - martın 26-da İsrail millisi Millətlər Liqasının pley-offu çərçivəsində Şotlandiya ilə qarşılaşmalıdı. Hertsoqun yoxluğu yığmanın hazırlıq prosesinə təsir edəcək.
Fanat.Az