"Simurq" 2013/14-cü il mövsümü üçün transfer çalışmalarını davam etdirir. Komanda daha bir gənc futbolçunun keçidini rəsmiləşdirib. Zaqatala təmsilçisi növbəti mövsümün sonuna qədər "Neftçi"dən Rəşad Əzizlini icarə əsasında heyətinə qatıb. Gənc əlcək sahibi "Simurq"da 94 nömrəli forma ilə mübarizə aparacaq.
Qeyd edək ki, komanda Rəşaddan əvvəl Orxan Səfiyaroğlunu, Taqim Novruzovu, Tural Axundovu, Rövşən Əmiraslanovu, Məhərrəm Hüseynovu və Salif Ballonu heyətinə qatıb.
İdman24.az