"Tottenhem"in baş məşqçisi Joze Mourinyunun "Börnli" ilə oyun ərəfəsində keçirilən mətbuat konfransında maraqlı anlar yaşanıb.
Fanat.Az xəbər verir ki, portuqaliyalı mütəxəssisə futbolçu illəri barədə suallar ünvanlanıb. Mourinyu bacarıqsız oyunçu olduğunu etiraf edib:
- Baltemar Brito müsahibəsində sizin oyunçu kimi çox sızıldadığınızı, tənbəl və dözülməz olduğunuzu deyib. Bu haqda nə deyə bilərsiz?
- Oyunçu kimi? Düz deyib. Tamamilə haqlıdı.
- Bir baş məşqçi kimi, futbolçu Joze Mourinyuya şans verərdiz?
- Yox, mən onu oynatmazdım. Bu qədər sadə...
- Onu transferə çıxarardız?
- Artıq "transfer bazarı"na çıxarmışıq. Ödəniş etməyə ehtiyac yoxdu, götürün, sizin olsun.
Fanat.Az