"İnter"in sabiq oyunçusu və eks idman direktoru Sandro Matsola İtaliya A Seriyasında çıxış edən futbolçulara koronavirusla bağlı çağırış edib.
Fanat.Az xəbər verir ki, İtaliya futbolunun əfsanəsi oyunçuların aylıq məvaciblərinin 5 faizini infeksiyanın araşdırılması üçün ayırmalarının doğru addım olacağını bildirib:
"Ölkəmizin bu çətin günlərində futbolçuların cəmiyyətə töhfə verərək başqalarına da örnək olmalarını istəyərdim. İndiki vəziyyətdə bu, doğru addım olardı. İnsanlar futbolçuların sadəcə öz mənfəətlərini düşünən varlıqlar olduqlarını düşünürlər. İndi onların əlinə həqiqətin belə olmadığını sübut etmək üçün əla şans keçib.
Futbolçular insanlara yaxın olduqlarını nümayiş etdirməlidilər. İtaliya A Seriyasında çıxış edən oyunçular milyonlar qazanırlar. Məsələn, onlar aylıq maaşlarının 5 faizini koronavirusun tədqiqi üçün ayıra bilərlər".
İtaliyada koronavirusa yoluxanların sayı 4 min 636-ya çatıb. 197 nəfər xəstəlikdən dünyasını dəyişib.
Fanat.Az