Milli komandamızın futbolçusu Rüfət Dadaşov ABŞ-ın "Finiks Rayzinq" klubunun heyətində ABŞ-ın USL çempionatında debüt edib.
Fanat.Az xəbər verir ki, 29 yaşlı forvard "Portlend Timbers"lə ilk turun oyununda meydana çıxıb. Start heyətində yer alan Rüfət 86-cı dəqiqədə əvəzlənib.
Oyun "Finiks Rayzinq"in 6:1 hesablı qələbəsi ilə yekunlaşıb. Dadaşov bu oyunda het-trik edib. Futbolçumuz 13, 24 və 65-ci dəqiqələrdə rəqib qapısına yol tapıb.
Fanat.Az