Azarkeşlərin PSJ - "Borussiya" oyununu "Park de Prens" stadionundan izləməsinə icazə verilməyəcək.
Fanat.Az xəbər verir ki, Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşləri çərçivəsində keçirilməli olan matç boş tribunalar önündə oynanılacaq. Paris polisi bu barədə məlumat yayıb.
Daha əvvəl PSJ azarkeşlərin tribunalara buraxılmasını təmin etmək üçün stadionu tamamilə dezinfeksiya etdirmişdi.
PSJ və "Borussiya" arasında oynanılan ilk matçda "dortmundlular"ın 2:1 hesablı qələbəsi qeydə alınmışdı.
Fransada 1 209 nəfər koronavirusa yoluxub. İnfeksiyadan dünyasını dəyişənlərin sayı isə 19-du.
Fanat.Az