18:33 09.03.2020 1048

"Bəzi məşqçilər keyfiyyəti və yaradıcılığı sistemə qurban verirlər" - Ançelotti

Ceymi Karrager "Everton"un baş məşqçisi Karlo Ançelottidən müsahibə alıb.

Fanat.Az xəbər verir ki, Karrager insanların Ançelottinin "Everton"da üstünlük verdiyi 4-4-2 düzülüşü, birbaşa oyun və aqressiv futbol komponentlərini "arxaik" hesab etdiklərini qeyd edib. İtaliyalı mütəxəssis isə bununla razılaşmayıb: 

"Futbol oynamağın bir neçə yolu var. Yəni sizə mütləq qələbə qazandıracaq sistem yoxdu. Başqa oyunçulara sahib olsam, indikindən fərqli sistemə üstünlük verərdim. Futbol çox dəyişib. Daha çox intensivlik var, daha çox taktiki bilik tələb olunur və təbii ki, qaydalar fərqlidi. İndi neçə komanda geridən oyun qurur? Demək olar ki, hamı. Uzun oynamaq və "ikinci top"lar uğrunda mübarizə aparmaq istəyirsənsə, buna qarşı çıxa bilmərik. Bu, futboldu. Katenaççoya üstünlük vermək və ya əks-hücumlara bel bağlamaq? Eynən, bu da futboldu.

Bəzi məşqçilər oyunçulara yox, özlərinə uyğun komanda qururlar. "Baxın, o, əla komanda formalaşdırıb..." - insanlardan bu və bənzər sözləri eşitmək istəyirlər. Bəlli kimliyə malik komandaların bacarıqları məhduddu. Mənə görə, bu, onların sadəcə bir tərzdə oynaya biləcəyi anlamına gəlir. Əslində, rəqibin keyfiyyəti, onun zəif tərəfləri və klubun ənənələrini nəzərə alıb düzgün tərzi seçməlisiniz. Madrid "Real"ı və ya "Milan"da çalışırsansa, vəziyyət fərqlidi. Orada klubun tarixi sənə diktə edir ki, bizim tərzimizdən davam etməlisən. "Everton"da isə düşünürlər ki, topu tez irəli daşımaq və "uzun top" uğrunda mübarizə aparmaq mümkündürsə, bunu niyə etməyəsən? Buradakı insanlar uzun oynamağı və mübarizəni sevirlər. "Mançester Yunayted"lə oyundan əvvəl futbolçulara demişdim: "Arada irəliyə doğru uzun oynayın və top uğrunda mübarizə aparın. Beləcə, azarkeşlər də oyunun bir parçasına çevriləcək". Bunu "Kamp Nou"da edə bilməzsiniz. Mümkün deyil. Burada isə fərqlidi.

Məşqçilik karyeramın ilk illərində, "Parma"da çalışarkən Roberto Bacconu heyətimizə qata bilərdik, amma mən onu əldən verdim. Çünki Bacconun iki hücumçunun arxasında oynamasını istəmirdim. O, sistemi xoşlamadığını dedi və başqa kluba keçdi. Sonra "Yuventus"la anlaşdım. Əlimdə Zinəddin Zidan kimi futbolçu var idi və o, "10 nömrə" kimi oynamaq istəyirdi. Bu səfər fərqli addım atdım və dedim: "Ok, sistemi dəyişə bilərəm". Futbolçularınızın xüsusiyyətlərinə uyğunlaşmalısınız. Bəzi məşqçilər keyfiyyəti və yaradıcılığı sistemə qurban verirlər.

"Real"da sərəncamımda Kriştianu Ronaldu var idi. O, 4-4-2-də hücumçulardan biri olmalı idi. Amma Ronaldu orada oynamağı xoşlamır. Portuqaliyalı futbolçu cinahda oynamaq istəyirdi. Belə bir situasiyada nə edərdiniz? Hər oyun qol vuran Ronaldunu sisteminizə görə qurban verərdiniz? Yekunda Ronalduya dedim: "Top bizdə olanda istədiyin yerdə oynaya bilərsən. Amma xahiş edirəm, topsuz oyunda geriyə çox gəlmə. Düzülüşü qorumaq üçün yerində oyna".

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:21

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

09:00

Deku DÇ-2026-nın iki əsas favoritini açıqladı

00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

Facebookdan bizi izləməyi unutmayın.
X