"Borussiya"nın yarımmüdafiəçisi Emre Can "Yuventus"dan Dortmund klubuna transferi barədə danışıb.
Fanat.Az xəbər verir ki, 26 yaşlı futbolçu transferə çıxarıldığı periodda "Mançester Yunayted"dən təklif aldığını qeyd edib:
"Premyer Liqa klublarından üç təklif almışdım. Onların sırasında "Mançester Yunayted" də var idi. Amma mən bu barədə heç düşünmədim. Çünki keçmişdə "Liverpul"da oynamışam".
Emre Can 2014-2018-ci illər aralığında Mersisayd klubunda çıxış edib.
Fanat.Az