Bu gün İngiltərə Premyer Liqasının 28-ci turu çərçivəsində oynanılmalı olan "Mançester Siti" - "Arsenal" matçı baş tutmayacaq.
Fanat.Az xəbər verir ki, "Nottingem Forest" və "Olimpiakos"un sahibi Evanqelos Marinakisin koronavirus epidemiyasına yoluxduğu məlum olduqdan sonra oyunun təxirə salınması qərara alınıb.
"Olimpiakos" Avropa Liqasında "Arsenal"a rəqib olmuşdu. 13 gün əvvəl "Emireyts"də oynanılan görüşdə Marinakis "topçular"ın bəzi futbolçuları və əməkdaşları ilə görüşmüşdü. Tibbi tövsiyələri nəzərə alan "Mançester Siti" və "Arsenal" potensial riskləri aradan qaldırmaq üçün bu yöndə qərar qəbul ediblər. Premyer Liqa rəhbərliyi onların istəyini nəzərə alaraq qarşılaşmanın başqa tarixə keçirilməsinə razılıq verib.
Fanat.Az