"Liverpul"a transfer olunduqdan sonra Xabi Alonsonun həyat yoldaşına aşiq olmuşdum".
Fanat.Az xəbər verur ki, bu sözləri İngiltərə millisinin sabiq üzvü Peter Krauç deyib.
"Onun kim olduğunu bilmirdim, amma vurulmuşdum. Sonra Cim Karreger ("Liverpul"un başqa bir sabiq üzvü) onun kim olduğunu dedi və mənə sərt şəkildə xəbərdarlıq etdi" deyə Krauç bildirib.
Qeyd edək ki, Xabi Alonso 2004-2009, Peter Krauç 2005-2008-ci illərdə "Liverpul"da çıxış edib. Xabi Alonso Naqore Aramburu ilə evlidi. Onların 3 övladı var.
Fanat.Az