Venesuelanın "El Nacional" nəşri "Yuventus"un hücumçusu Paulo Dibalanın koronavirusa yoluxduğuna dair məlumat yaymışdı.
Fanat.Az xəbər verir ki, bu informasiya həqiqəti əks etdirmir. Goal.com-un "Yuventus" üzrə jurnalisti Romeo Aqresti tvitter hesabı vasitəsilə məlumatın doğru olmadığını bəyan edib.
ESPN-in müxbiri Andres Aqulya da Dibalada koronavirus aşkarlanmadığını yazıb: "Saxta xəbərdi. İndicə Dibala ilə danışmışam. Yanlış informasiyadı. Paulonun vəziyyəti əladı".
Daniele Ruqaninin koronavirusa yoluxması ilə əlaqədar olaraq "Yuventus" - "Lion" matçı təxirə salınıb. Turin klubunun 121 əməkdaşı karantinə alınıb.
Fanat.Az